İDMAN
Qızlar arasında batut üzərində sinxron tullanış yarışlarının qalibləri bəlli olub
Bakı, 25 noyabr, AZƏRTAC
Bakıda keçirilən 28-ci dünya yaş qrupları yarışlarında qızlar arasında batut üzərində sinxron tullanış yarışlarının qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, 11-12 yaş kateqoriyasında final yarışlarında Belarus komandası 45,750 xalla birinci olub. Rusiya komandası 47,650 xalla gümüş, Almaniya isə 45,390 bürünc medala sahib olublar.
Milli Gimnastika Arenasında 4 gün davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək. Yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında çıxış edəcəklər. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.
Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.