REGİONLAR


Qızlar arasında masa tennisi üzrə keçirilən yarışın qalibləri müəyyənləşib

Naxçıvan, 5 mart, AZƏRTAC

“Naxçıvan” Universitetində 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə qızlar arasında masa tennisi üzrə keçirilən yarışın qalibləri müəyyənləşib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yarışda ali təhsil ocağının idman rəhbəri Qələndər Binyatov idmanın sağlamlıq üçün önəmindən danışıb, yarış iştirakçılarına uğurlar arzulayıb.

Sonra yarışa start verilib.

Yekun nəticələrə görə, Alsu Məmmədli I, Nurgül Məmmədzadə II, Dürayə Məmmədli III yerə çıxıb.

Sonda qaliblər diplom və medallarla təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.