İQTİSADİYYAT


Qlobal neft tədarükü gündəlik 99,2 milyon barrelə geriləyib

Bakı, 11 oktyabr, AZƏRTAC

Qlobal neft təklifi sentyabrda avqust ayı ilə müqayisədə orta hesabla 1,5 milyon barrel azalaraq sutkada 99 milyon 250 min barrel təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.

Hesabata görə, ötən ay Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələrin tədarükü isə 400 min barrel geriləyərək gündəlik 65 milyon 90 min barrel olub. Belə ki, Kanada, Norveç, Rusiya və Qazaxıstanda neft hasilatı azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.