Quba-Xınalıq yolu qardan təmizlənib VİDEO
AzerTAg.az

Quba, 4 fevral, Elxan Yusifli, AZƏRTAC
Quba-Xınalıq yolu qardan tam təmizlənib. Yolda qar uçqunu və ya torpaq sürüşməsi qeydə alınmayıb. Yerli sakinlərin, eləcə də turistlərin Xınalıq kəndinə gediş-gəlişində problem yoxdur.
Qubadakı 5 saylı Yol İstismarı MMC-nin rəisi Gülağa Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ötən gün yağan güclü qar səbəbindən Quba rayonunun ucqar kəndlərinə gedən yollarda avtomobillərin hərəkəti çətinləşsə də, hazırda bütün istiqamətlərdə magistrallar açıqdır.
Yolların qarla örtülən hissəsi təmizlənib, əraziyə qum-duz qarışığı səpilib. Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin ağır texnika ilə təmin edilən növbətçi briqadaları yola nəzarət edir.
Təcrübəsiz və əraziyə bələd olmayan, həmçinin avtonəqliyyat vasitəsi hava şəraitinə uyğun təchiz edilməyən sürücülərin qarlı havada Quba-Xınalıq yolundan istifadə etməsi tövsiyə olunmur.
Xəbərin mətnində orfoqrafik səhv var