CƏMİYYƏT


Quba rayonunun Uzunmeşə kəndi ərazisində yabanı halda bitən çətənə kolları məhv edilib

Bakı, 10 iyun, AZƏRTAC

Quba rayonunun Uzunmeşə kəndi ərazisində yabanı halda bitən çətənə kolları məhv edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Uzunmeşə kəndi ərazisində yabanı halda bitmiş 3,2 ton çəkidə 5400 ədəd çətənə kolu aşkarlanıb. Həmin çətin kolları yığılaraq yandırılıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.