REGİONLAR


Quba xəstəxanasından növbədən qayıdan həkimlər avtomobil qəzasına düşüblər

Quba, 8 iyul, Elxan Yusifli, AZƏRTAC 

İyulun 8-də Quba Rayon Mərkəzi Xəstəxanasından növbədən qayıdan Xudat Şəhər Mərkəzi Xəstəxanasının həkimlərinin olduğu “UAZ” markalı avtomobil qəzaya uğrayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bakı-Quba avtomobil yolunun Quba rayonunun Atuc kəndi ərazisindən keçən hissəsində baş verib.

Avtomobilin yoldan çıxaraq aşması nəticəsində 7 tibb işçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 5 nəfərinin xəsarətləri yüngül olduğundan ilkin tibbi yardım göstərilərək ambulator müalicəyə göndərilib. 2 nəfər həkim isə xəstəxanada müalicə alır.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.