REGİONLAR
Qubada keçirilən intellektual yarışda 100-ə yaxın gənc biliklərini sınayıb
Qusar, 15 may, Elxan Yusifli, AZƏRTAC
Qubada ölkənin ən böyük intellektual yarışı - “İntellektual klubların Gənclər liqası”nın ikinci seçim turu yekunlaşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, liqanın Quba turunda 15 komandanın heyətində 90 gənc iştirak edib.
Daha 2 tur keçirildikdən sonra qalib komandalar zona finallarında iştirak edəcəklər. Zona qalibləri isə iyunun 11-12-də Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar.
Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Badamlı” şirkətinin tərəfdaşlığı, "ARB" media qrupunun dəstəyi ilə həyata keçirilir.