REGİONLAR


Qubanın Bağbanlı qəsəbəsində körpələr evi-uşaq bağçası istifadəyə verilib VİDEO

Quba, 27 aprel, Elxan Yusifli, AZƏRTAC

Quba rayonunun Bağbanlı qəsəbəsində əsaslı təmir olunan körpələr evi-uşaq bağçası istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bağbanlı qəsəbə 16 saylı körpələr evi-uşaq bağçası 35 yerlikdir. Birmərtəbəli, 8 otaqdan ibarət binanın ümumi sahəsi 300 kvadratmetrdir.

Otuz ilə yaxındır fəaliyyət göstərən tədris müəssisəsi uzun müddət idi təmir olunmamışdı. Bu ilin yanvar ayından başlanan yenidənqurma işləri çərçivəsində bağça binasının dam örtüyü yenilənib, müasir istilik və işıqlandırma sistemləri qurulub.

Açılış mərasimində bildirilib ki, balacaların zövqünə uyğun qurulan uşaq bağçası onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin etmək üçün bütün lazımi inventarla təchiz olunub. Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, yeməkxana, tibb otağı, həyətdə isə istirahət guşələri yaradılıb.

Qeyd edək ki, bundan əvvəl Quba rayonunun Amsar kəndindəki körpələr evi-uşaq bağçası da əsaslı təmir olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.