REGİONLAR


Qubanın Rustov kəndində 352 abonent ilk dəfə “mavi yanacaq”dan istifadə etməyə başlayıb VİDEO

Quba, 20 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Quba rayonunun Rustov kəndinin qazlaşdırılması işi yekunlaşıb və abonentlərə “mavi yanacağ”ın verilməsinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, sentyabrın 20-də kəndə ilk dəfə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İB-nin nümayəndələri, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.

Rustov kəndinin qazlaşdırılması üçün daşıyıcı xətt, kəndin daxilində isə ortatəzyiqli qaz xətləri çəkilib, bütün mənzillərə qaz sayğacları quraşdırılıb. Yaşayış məntəqəsinin “mavi yanacaq”la təmin olunması üçün, ümumilikdə, 24 min 917 metr müxtəlif diametrli polietilen və dəmir borulardan istifadə olunub. Kənddə 352 abonent ilk dəfə “mavi yanacaq”dan istifadə etməyə başlayıb.

Mərasimdə bildirilib ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına uyğun olaraq respublikanın digər şəhər və rayonları kimi, Quba rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Ötən il rayonun doqquz kəndinin qazlaşdırılması işləri başa çatdırılıb.

Kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb, kəndə təbii qaz verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.