Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Quo Min: Epidemiya “Bir kəmər, bir yol” təşəbbüsünün vacibliyini və həyati qüvvəsini vurğuladı

Quo Min: Epidemiya “Bir kəmər, bir yol” təşəbbüsünün vacibliyini və həyati qüvvəsini vurğuladı

Bakı, 25 iyun, AZƏRTAC

Çinin Azərbaycandakı səfiri xanım Quo Min Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinə yazılı müsahibəsində son dövrdə Çinlə bağlı aktual suallara cavab verib. AZƏRTAC müsahibəni təqdim edir.

-Yeni koronavirus infeksiyasından zərər çəkmiş ilk ölkə olan Çin epidemiyaya qarşı çətin mübarizə yolu keçib, zəngin təcrübə toplayıb və mühüm aralıq nəticələrə nail olub. İyunun 7-də Çində “Çinin COVID-19-a qarşı mübarizə tədbirləri” adlı Ağ kitab nəşr edilib. Zəhmət olmasa, həmin kitabın məzmunu barədə qısaca məlumat verin.

-ÇXR Dövlət Şurasının Mətbuat Dəftərxanası bu yaxınlarda “Çinin COVID-19-a qarşı mübarizə tədbirləri” adlı Ağ kitab nəşr edib. Məqsəd Çinin epidemiyaya qarşı mübarizəyə yönəlmiş böyük səylərini əks etdirmək, bu sahədə öz təcrübəsini və tətbiq edilən üsulları dünya ölkələri ilə bölüşmək, epidemiyaya qarşı qlobal mübarizəyə öz baxışlarını və konsepsiyasını izah etmək idi. Ağ kitabda Çinin epidemiyaya qarşı çətin mübarizəsinin beş mərhələsinin zaman kəsikləri diqqətlə, dəqiq və hərtərəfli təsvir edilib, real faktlar əsasında Çinin epidemiyaya qarşı çətin və möhtəşəm mübarizə prosesi göstərilib. Ağ kitabda Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Si Cinpin başda olmaqla MK-nın Çində epidemiya ilə mübarizəyə müdrik rəhbərliyi göstərilib, strateji planın vaxtında hazırlanması, epidemiyanın profilaktikası və yayılmasına nəzarət üzrə ümumxalq mübarizəsinə rəhbərlik edilməsi, xalqın epidemiyaya uğurla müqavimət göstərəcəyinə inamının möhkəmlənməsi, 1,4 milyard çinlinin qüvvələrinin təmərküzləşməsi, əhalinin qətiyyət və fədakarlıq ruhu, sıx əməkdaşlığı, epidemiyaya qarşı yekdil mübarizədə müdafiə xətti yaradılması və xalqın böyük gücü nümayiş etdirilib. Çin çox böyük səy göstərərək ağır itkilər bahasına epidemiya ilə bağlı vəziyyəti dəyişməyə nail olub, epidemiyanın profilaktikası və ona nəzarət sahəsində strateji əhəmiyyətli nəticələr qazanılmasına şərait yaradıb.

Ağ kitab açıq, şəffaf və məsuliyyətli Çin obrazını nümayiş etdirir. Epidemiya başlananda Çin açıqlıq, şəffaflıq və məsuliyyət prinsiplərini əsas götürərək beynəlxalq birliyə epidemioloji vəziyyət barədə vaxtında məlumat verdi, həyata, xalqa, tarixə və beynəlxalq birliyə məsul münasibət göstərərək ən ciddi, peşəkar və yüksək effektiv informasiya nəşri sistemini yaratdı, əvvəllər misli görünməmiş sürət və intensivliklə mötəbər informasiyanı dərhal dərc etdi, kütlələri narahat edən suallara effektiv cavab verdi, cəmiyyətdə fikir birliyinə nail oldu və epidemiyaya qarşı mübarizə üçün faydalı təcrübəsini başqa ölkələrlə bölüşdü.

Ağ kitab göstərir ki, Çin bəşəriyyətin vahid taleyinin konsepsiyasını əsas götürür, böyük dövlət kimi məsuliyyəti öz üzərinə götürür, digər ölkələrlə çiyin-çiyinə savaşır, müvəqqəti çətinlikləri onlarla birgə aradan qaldırır. Çin qanunlara, açıqlıq, şəffaflıq və məsuliyyətli yanaşma prinsiplərinə müvafiq olaraq epidemiya barədə məlumatı dərhal bütün dünyaya çatdırdı, xəstəliyin profilaktikası, ona nəzarət və müalicə sahəsində təcrübəsini bütün tərəflərlə səmimi bölüşdü, beynəlxalq birliyə humanitar yardım göstərmək və pandemiyaya qarşı qlobal mübarizəni dəstəkləmək üçün nə mümkündürsə etdi.

Ağ kitabda vurğulanır ki, Çin COVID-19-un stiqmatizasiyası və siyasiləşdirilməsi cəhdlərinin qəti əleyhinədir. Virusdan zərər çəkmiş və pandemiya ilə qlobal mübarizəyə töhfə vermiş Çin dövləti ittihamlar eşitməyə deyil, ədalətli münasibətə layiqdir. Öz problemlərini pərdələmək üçün məsuliyyəti başqasının üzərinə qoymaq məsuliyyətsizlik və mənəviyyatsızlıqdır. Çin heç bir halda ədalətsiz iddiaları və kompensasiya barədə tələbləri qəbul etməyəcək. Çin beynəlxalq birliyi daha sıx birləşməyə, xurafatı və təkəbbürü bir kənara atmağa, şəxsi mənfəət və məsuliyyətin başqasının üzərinə qoyulması cəhdlərindən əl çəkməyə, epidemiyanın stiqmatizasiyası və siyasiləşdirilməsindən çəkinməyə, sıx birlik, əməkdaşlıq, məsuliyyət və uğur qazanmaq ruhuna əsaslanmağa çağırır ki, bütün dünyanın əhalisi pandemiyaya qarşı qlobal mübarizədə qələbəyə yönəlsin.

-Bu yaxınlarda XIII çağırış Ümumçin Xalq Nümayəndələri Məclisinin (ÜXNM) üçüncü sessiyasında səsvermə yolu ilə “ÜXNM-nin Honkonq Xüsusi İnzibati Ərazidə milli təhlükəsizliyin qorunması üçün hüquq sisteminin və hüququn tətbiqi mexanizmlərinin yaradılması və təkmilləşdirilməsi haqqında qərarı” qəbul edilib. Bu qərar dünyanın bir çox ölkələrinin geniş marağına və başda ABŞ olmaqla Qərbin kəskin reaksiyasına səbəb olub. Çin hökuməti tərəfindən Syanqanda milli təhlükəsizlik üzrə qanunyaratma işinin inkişafının mənası nədən ibarətdir? Sizin fikrinizcə, bu qanun layihəsi gələcəkdə Syanqanda vəziyyətə və işgüzar mühitə necə təsir göstərəcək?

-1997-ci ildə Syanqan Çinin yurisdiksiyasına qayıtdığı vaxtdan 20 ildən çox keçib. Bu müddətdə Syanqan qüdrətli vətənin himayəsi altında və “Bir ölkə, iki sistem” kursunun həyata keçirilməsi şəraitində dünya iqtisadiyyatında müxtəlif qeyri-müəyyənlik amillərinə baxmayaraq, sosial sabitliyi, iqtisadi firavanlığı qoruyub saxlayıb, öz sakinlərinin maddi rifahını yaxşılaşdırıb, beynəlxalq maliyyə mərkəzi, dəniz daşımaları, ticarət və logistika mərkəzi statusunu daha da möhkəmləndirib. Lakin 2019-cu ildə Syanqanda “Qaçqın cinayətkarların ekstradisiyası haqqında qanuna düzəlişlərlə əlaqədar iğtişaşlar” başlanandan bəri “Syanqanın müstəqilliyi uğrunda” fəalların və radikal separatçıların əməlləri sakitləşmir, zorakılığın geniş yayılması müşahidə olunur, Syanqanın işlərinə kənardan qeyri-leqal müdaxilə daha da güclənir. Xarici qüvvələr və Tayvanın müstəqilliyinin tərəfdarları Syanqanın işlərinə müdaxiləni açıq-aşkar gücləndirir, həm daxildəki, həm də xaricdəki antiçin qüvvələr birləşərək “Bir ölkə, iki sistem” prinsipinə meydan oxuyur, milli suverenliyi, təhlükəsizlik və inkişaf mənafelərini təhdidlərə məruz qoyurlar. Bununla əlaqədar Syanqan qanunvericiliyində milli təhlükəsizlik sahəsində mövcud boşluqlar və icra mexanizmlərinin olmaması aşkar görünür, belə halların qarşısının alınması, onlara yol verilməməsi və qanuna uyğun olaraq cəzalandırılması üçün təsirli tədbirlər görülməlidir.

Dövlətin parçalanmasına və milli rejimin pozulmasına yönəlmiş fəaliyyətə, terror aktlarının təşkilinə və keçirilməsinə qarşı səmərəli mübarizə üçün XIII çağırış ÜXNM-nin üçüncü sessiyasında “ÜXNM-nin Honkonq Xüsusi İnzibati Ərazidə milli təhlükəsizliyin qorunması üçün hüquq sisteminin və hüququn tətbiqi mexanizmlərinin yaradılması və təkmilləşdirilməsi haqqında qərarı” qəbul edilib. Məqsəd Çinin əleyhdarlarından və Syanqanda iğtişaşlar törədənlərdən təhlükəsiz “fayrvol” yaratmaqdır.

Heç bir ölkə özünün milli təhlükəsizliyində boşluqlar mövcud olmasına yol verməz. Çin hökuməti milli suverenliyi, təhlükəsizliyi və inkişaf mənafelərini qorumaq əzmindədir və hər hansı xarici qüvvələrin Syanqanın işlərinə qarışmasının əleyhinədir. Syanqanda milli təhlükəsizlik haqqında qanun və müvafiq icra mexanizmlərinin yaradılması milli təhlükəsizliyə ciddi ziyan vuran hərəkətlərin sayını mümkün qədər azaltmağa yönəlib. Çin tərəfindən Syanqanda milli təhlükəsizlik haqqında qanun tətbiq ediləndən sonra “Bir ölkə, iki sistem” kursu dəyişməyəcək, orada mövcud kapitalizm quruluşu dəyişməyəcək, Xüsusi İnzibati Ərazinin yüksək muxtariyyət hüquqları dəyişməyəcək, onun hüquq sistemi dəyişməyəcək, bu, həm də Syanqanın inzibati səlahiyyətlərinə, qanunvericilik hüququna, müstəqil məhkəmə hakimiyyətinə və qəti hökm çıxarmaq hüququna təsir göstərməyəcək. Aşkarlıq, azadlıq və tolerantlıq Syanqanın vizit vərəqi, “Bir ölkə, iki sistem” prinsipi Syanqanın bütün xüsusiyyətlərinin fonu, milli təhlükəsizlik isə “Bir ölkə, iki sistem” prinsipinin təməlidir. Syanqan yalnız milli təhlükəsizliyin səmərəli müdafiəsi, “Bir ölkə, iki sistem prinsipinin davamlı və uzunmüddətli dəstəklənməsi şərtilə iğtişaşlara son qoya, öz üstünlüklərini üzə çıxara və gözəl gələcəyi qarşılaya biləcək, o vaxt iqtisadiyyat bərpa olunacaq və sakinlərin maddi həyat şəraiti yaxşılaşacaq.

-İyunun 17-də ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanmış “Uyqurlara münasibətdə insan hüquqları sahəsində siyasət haqqında 2020-ci il ABŞ qanunu” rəsmən qüvvəyə minib. Çin ABŞ-ın bu hərəkətlərini necə qiymətləndirir?

-ÇXR XİN, ÜXNM-nin Xarici İşlər Komitəsi, Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsi (ÇXSMŞ ÜK), ÇXSMŞ ÜK-nin Xarici İşlər Komissiyası, Sintszyan-Uyqur Muxtar Rayonunun Xalq Nümayəndələri Məclisinin daimi komitəsi ABŞ-da qondarma “Uyqurlara münasibətdə insan hüquqları sahəsində siyasət haqqında 2020-ci il ABŞ qanunu”nun imzalanması və qüvvəyə minməsi ilə əlaqədar ayrı-ayrılıqda ciddi bəyanatlar dərc ediblər. Bu qondarma qanun Sintszyan-Uyqur Muxtar Rayonunda insan haqları ilə bağlı vəziyyətə bilərəkdən böhtan atır, Çin hökumətinin Sintszyanın idarə edilməsi siyasətini qərəzli şəkildə tənqid edir, beynəlxalq hüququ və beynəlxalq münasibətlərin əsas prinsiplərini həyasızcasına tapdalayır, Çinin daxili işlərinə kobud şəkildə müdaxilə edir. Çin hökuməti və Çin xalqı bununla əlaqədar son dərəcədə hiddətləndiyini və qəti etirazını bildirir.

Sintszyan ilə bağlı məsələlər əslində “insan haqları”, “millət” və “din” kateqoriyalarına aid deyil. Sintszyan uzun illər boyu terrorizmə və separatizmə qarşı mübarizənin əsas cəbhəsidir. Ekstremizm və terrorçu-separatistlərin fəaliyyəti Sintszyana böyük ziyan vurub, insanların həyatı və əmlakı ciddi təhlükəyə məruz qalıb. Sintszyan bu problemin səbəblərinin və nəticələrinin aradan qaldırılması üçün tədbirlər görür, tətbiq edilən tədbirlər həm Çin qanunvericiliyinə müvafiqdir, həm də beynəlxalq birliyin terrorizmə və deradikalizasiyaya qarşı mübarizə təşəbbüslərinin Çin tərəfindən reallaşmasını, o cümlədən “Birləşmiş Millətlər Təşkilatının qlobal əks-terror strategiyası” və “Davakar ekstremizmin qarşısının alınmasına dair fəaliyyət planı” çərçivəsində konkret addımlar atılmasını təcəssüm etdirir.

Sintszyanda həyata keçirilən bütün tədbirlər tez-tez baş verən çoxsaylı terror fəaliyyətini səmərəli şəkildə qabaqlayaraq milli birliyi və təhlükəsizliyi maksimum dərəcədə müdafiə edib, Sintszyanda yaşayan bütün xalqlar üçün yaşamaq, sağlamlıq, inkişaf hüququna və digər əsas hüquqlara təminat verib. Ötən üç ildən bir qədər artıq müddətdə Sintszyanda heç bir terror aktı baş verməyib, milli bərabərlik və birlik qorunub saxlanılıb, müxtəlif dinlərin nümayəndələri dinc yanaşı yaşayır, sabitlik və harmoniya hökm sürür. Beynəlxalq birlik Çin hökumətinin Sintszyanın idarə edilməsi siyasətini hərtərəfli müsbət qiymətləndirir.

Terrorizm və ekstremizm bəşəriyyətin ümumi düşmənləridir, müxtəlif ölkələrin terrorizmə və ekstremizmə qarşı mübarizəyə yönəlmiş səyləri müxtəlif meyarlarla qiymətləndirilməməli, həqiqəti qəsdən təhrif edərək beynəlxalq əxlaq prinsiplərinə və insanın vicdanına zidd hərəkətlər edilməməlidir. Yuxarıda adını çəkdiyimiz qondarma ABŞ qanunu faktlarla hesablaşmır, həqiqəti yalanla əvəz edir, Sintszyanda terrorizmə, separatizmə və radikalizmə qarşı mübarizəyə qara yaxmağa çalışır terrorizmə qarşı mübarizəyə münasibətdə açıq-aşkar ikili standartlardan istifadə edilir və ABŞ-ın Çinin suverenliyinə və təhlükəsizliyinə ziyan vurmaq, ÇXR xalqları arasında nifaq salmaq, Sintszyanın firavanlığını və sabitliyini pozmaq, habelə Çinin inkişafına və möhkəmlənməsinə mane olmaq kimi məkrli niyyətlərini açıb göstərir. Sintszyanın işləri bütövlükdə Çinin daxili siyasətinə aiddir, buna görə də hər hansı xarici dövlətin bu məsələyə qarışması yolverilməzdir. Çin hökuməti və Çin xalqı milli birliyi, təhlükəsizliyi və inkişaf mənafelərini qorumaq əzmindədir.

-Epidemiya kontekstində “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq necə həyata keçirilir? Bu günlərdə Çinin rəhbərliyi ilə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində yüksək səviyyəli beynəlxalq əməkdaşlığa dair videokonfransın gedişində hansı konkret nəticələr əldə edilib?

-2013-cü ildə ÇXR Sədri Si Cinpin “Bir kəmər, bir yol” layihəsinin birgə həyata keçirilməsi təşəbbüsünü irəli sürəndən sonra bu təşəbbüs sürətlə genişləndi, bütün tərəflərin fəal iştirakı və hərtərəfli dəstəyi ilə irəlilədi və dərinləşdi, beynəlxalq əməkdaşlıq üçün dünyada ən böyük platformaya çevrildi. Bu təşəbbüs dünyanın inkişafına və firavanlaşmasına kömək baxımından çox mühüm rol oynayır. “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində bir ildən artıq əməkdaşlıq dövründə yeni tipli koronavirusun törətdiyi pnevmoniya epidemiyası və qlobal iqtisadi durğunluq kimi əlverişsiz amillərə baxmayaraq, bir sıra yeni müsbət nəticələr əldə edilib. 2019-cu ildə Çin ilə “Bir kəmər, bir yol” təşəbbüsü üzrə onun tərəfdaşları arasında əmtəə dövriyyəsinin həcmi əvvəlki ilin göstəriciləri ilə müqayisədə 6 faiz artaraq 1,3 trilyon ABŞ dollarından çox olub, 2019-cu ildə Çin tərəfindən həmin tərəfdaş dövlətlərdə qoyulmuş investisiyaların həcmi 15 milyard ABŞ dollarına bərabər olub. Cari ilin birinci rübündə Çin ilə “Bir kəmər, bir yol” təşəbbüsü üzrə onun tərəfdaşları arasında əmtəə dövriyyəsinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz, birbaşa investisiyalar isə 11,7 faiz artıb. Epidemiya şəraitində “Bir kəmər, bir yol” təşəbbüsü üzrə tərəfdaşlar bir-birini dəstəkləyir, qarşılıqlı yardım göstərir, habelə Çini dəstəkləyirlər. Çin də, öz növbəsində, “Bir kəmər, bir yol” təşəbbüsü üzrə 122 tərəfdaşına epidemiyaya qarşı mübarizədə kömək göstərib, bu xəstəliyin profilaktikası, müalicəsi və ona qarşı mübarizə sahəsində öz təcrübəsini səmimi və hərtərəfli bölüşmək üçün 25 ölkəyə tibbi briqadalar göndərib. Bu ilin yanvar-may aylarında Çin-Avropa istiqamətində malgöndərmələrin həcmi və qatarların sayı, ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq surətdə 28 faiz və 32 faiz artıb, epidemiya əleyhinə vasitələrin ümumi həcmi 12.524 tona çatıb. Beləliklə, epidemiyaya qarşı ümumi mübarizədə bütün ölkələr üçün “həyat yolu” və “tale telləri” yaranıb. Faktlar göstərir ki, epidemiya “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığı nəinki qəfildən yaxalamayıb, hətta onun möhkəmliyini və həyati qüvvəsini vurğulayıb. Şübhə yoxdur ki, bu çətinliklər aradan qaldırılandan sonra “Bir kəmər, bir yol təşəbbüsü çərçivəsində əməkdaşlıq daha da möhkəmlənəcək, daha güclü impuls alacaq və daha geniş perspektivlər açılacaq.

İyunun 18-də ÇXR Dövlət Şurasının üzvü, ÇXR Xarici İşlər naziri Van İ Pekində “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində beynəlxalq əməkdaşlığa dair yeni tipli koronavirusun doğurduğu pnevmoniyaya qarşı mübarizə mövzusunda videokonfrans keçirib. ÇXR Sədri Si Cinpinin yazılı müraciətlə çıxış etdiyi konfransda 25 ölkənin Xarici İşlər nazirləri və ya nazir səviyyəli rəsmi şəxsləri, habelə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adxanom Gebreyesus, BMT Baş katibinin müavini və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Baş direktoru Axim Ştayner iştirak edirdi. Tədbirdə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində beynəlxalq əməkdaşlığa dair videokonfransın Birgə Bəyannaməsi qəbul edilib.

ÇXR Sədri Si Cinpin konfransa yazılı müraciətində qeyd edib ki, epidemiya bizi bir sıra dərin mətləblərdən agah etdi. Bütün ölkələrin taleləri bir-biri ilə sıx bağlıdır, bəşəriyyət isə təhlükə qarşısında sıx birləşmiş vahid taleli birlikdir. İstər epidemiyaya qarşı mübarizə, istərsə də iqtisadiyyatın bərpası məsələlərində biz həmrəylik və əməkdaşlıq yolu ilə getməli, multilateralizm prinsipini əsas tutmalıyıq. Qarşılıqlı bağlılıq, aşkarlığa və inklüzivliyə tərəfdar olmaq qlobal böhranların öhdəsindən gəlməyin və uzunmüddətli inkişafa nail olmağın yeganə üsuludur. Buna görə də “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində beynəlxalq əməkdaşlıq mühüm rol oynaya bilər. Çin həmişə dinc yolla inkişafın və qarşılıqlı fayda prinsipinin tərəfdarıdır. Biz “Bir kəmər, bir yol” təşəbbüsünü təhdidlərin dəf edilməsi üçün əməkdaşlıq yoluna, insanların sağlamlığını və təhlükəsizliyini dəstəkləmək yoluna, iqtisadi və sosial bərpaya kömək yoluna, inkişaf potensialının üzə çıxarılması üçün artım yoluna çevirmək naminə tərəfdaşlarımızla işləməyə hazırıq. Biz keyfiyyətli “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsi vasitəsilə bəşəriyyətin ortaq taleli birliyinin yaradılmasına kömək etmək üçün birgə işləyəcəyik.

Videokonfransın gedişində Çin “Bir kəmər, bir yol” təşəbbüsü üzrə tərəfdaşlarını ictimai səhiyyə sahəsində əməkdaşlığı möhkəmlətməyə və epidemiyaya qarşı qlobal mübarizəyə böyük töhfə verməyə, qarşılıqlı əlaqələri stimullaşdırmağa, bütün ölkələrin iqtisadiyyatının bərpasına etibarlı zəmanəti təmin etməyə, innovasiyalı əməkdaşlığa, davamlı qlobal artıma yeni təkan verməyə, multilateralizm bayrağını uca tutmağa, aşkarlıq və inklüzivlik konsepsiyasını əsas tutmağa və bu konsepsiyanı geniş yaymağa çağırıb. Biz əminik ki, ölkələr xalqın mənafelərinə yönəlmiş konsepsiya əsasında bəşəriyyətin vahid taleli birlik şüurunu formalaşdırsa və birlik, əməkdaşlıq və qarşılıqlı fayda yolu ilə getsə, biz hökmən bütün dünya üçün daha yaxşı gələcək qurmaq üçün “Bir kəmər, bir yol” təşəbbüsünü əməkdaşlıq, sağlamlıq, bərpa və artım yoluna çevirə biləcəyik”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin ABŞ-dən “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir