REGİONLAR


Qurbanlıq heyvan satışında yenilik: vətəndaşlar heyvanları əvvəlcədən onlayn sifariş verə bilərlər

Bakı, 6 avqust, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Aqrar Ticarət Şirkəti “Kənddən Şəhərə” layihəsi çərçivəsində yeniliyə imza atıb.

AZƏRTAC xəbər verir ki, vətəndaşlar Qurban bayramı ərəfəsində qurbanlıq heyvanları “Kənddən Şəhərə”nin saytına daxil olaraq əvvəlcədən sifariş verə bilərlər.

Bununla da vətəndaşlar bayram günü bazarlarda yaranan uzun növbələrdə vaxt itirməyəcəklər. Hər bir vətəndaş “Kənddən Şəhərə” saytına daxil olaraq 9 avqust saat 23:59-dək Bakı, Sumqayıt və Abşeron yarımadasındakı satış məntəqələrində onlayn şəkildə növbə götürə və alacaqları qurbanlıq qoyunları öncədən sifariş edə bilərlər. Bunun üçün https://kenddenshehere.az/qurbanliq linkinə daxil olmaq, mövcud xanalar üzrə şəxsi məlumatları qeyd etmək lazımdır. Sifariş qəbul edildikdən sonra vətəndaşın mobil telefonuna təsdiq bildirişi gələcək. Daha sonra vətəndaş yarmarkada xüsusi ayrılmış yerdə “Aqrar Tədarük və Təchizat” ASC-nin əməkdaşına yaxınlaşaraq, telefonundakı təsdiq bildirişini göstərməklə növbə gözləmədən sifariş etdiyi qurbanlığı ala biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.