REGİONLAR


Qusarda “İnfiniti” ilə avtoxuliqanlıq edən şəxsin kimliyi müəyyənləşib VİDEO

Qusar, 31 iyul, Elxan Yusifli, AZƏRTAC

Qusarda avtoxuliqanlıq edən şəxsin kimliyi müəyyənləşib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bir neçə gün əvvəl toy karvanının iştirakçısı olan sürücünün hərəkətdə olan avtomobillərə məhəl qoymayaraq avtoxuliqanlıq etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı araşdırma aparılıb.

Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsində məsələ ilə bağlı aparılan araşdırmalar nəticəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər hərəkət iştirakçılarına açıq hörmətsizlik edən gəncin şəxsiyyəti müəyyənləşdirilib.

Araşdırmalar nəticəsində “İnfiniti G35” markalı 10-XO-038 dövlət nişanlı avtomobillə xuliqanlıq etmiş gəncin Məhəmməd Qədimov olması aydınlaşıb.

M.Qədimov Qusar RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılaraq, barəsində inzibati qaydada protokol tərtib olunub. Bununla əlaqədar Qusar rayon Məhkəməsi tərəfindən müvafiq qərar qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.