REGİONLAR


REGİONAL MƏRKƏZ YARADILMIŞDIR

Beyləqan rayonunda Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyinin regional mərkəzi yaradılmışdır.

Agentliyin rəhbəri Vaqif Hüseynov mərkəzin açılış mərasimində çıxış edərək burada kənd təsərrüfatı tədqiqatları, texnologiyaların tətbiqi və onların bazar iqtisadiyyatına uyğunlaşdırılması, layihələrin səmərəli istifadə olunması, fermer təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndiriməsi məsələlərindən danışmışdır.

Regional mərkəzdə heyvandarlıq, bitkiçilik, iqtisadiyyat və digər sahələrdə layihələr tətbiq olunacaq, müsabiqəli qrantlar proqramı həyata keçiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.