REGİONLAR


RESPUBLİKANIN REGİONLARINDA ÜZÜM PLANTASİYALARI SALINACAQ

AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin üzümçülük, meyvə-tərəvəzçilik və çayçılıq sahələrinin əlaqələndirilməsi sektoru yeni ildən başlayaraq üzümçülüyün və şərabçılığın inkişafı üçün bir sıra layihələr həyata keçirəcəkdir. Kənd Təsərrüfatı Akademiyası və Üzümçülük-Şərabçılıq İnstitutu Cəlilabadda yeni üzüm tinglərinin əkilməsi üçün yeni sortları artıq sınaqdan keçirmişlər. Respublikamızda Orta Asiyada məşhur olan üzüm sortlarının əkilməsi planlaşdırılır.

Fransanın “Kabarne” kimi məhsuldar üzüm sortundan istifadə edilməsi nəzərdə tutulmuşdur. Respublikanın bir sıra regionlarında – Samux, Xanlar, Şamaxı, İsmayıllı, Ağsu, Şəmkir, Ağstafa, Tovuz, Qazax rayonlarında da üzüm plantasiyaları salınacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.