DÜNYA
RUSİYADA 7 AYDA 37 TON NARKOTİK MADDƏ TUTULMUŞDUR
Cari ilin yanvar-iyul aylarında Rusiya Federasiyasının ərazisində 37 ton narkotik maddə tutulmuşdur. Onun 1,33 tonu heroin, 530 kiloqramı sintetik maddələrdir. Həmin dövrdə 39 673 cinayət törədilmişdir ki, bunların da 74 faizi ağır və xüsusilə ağır cinayətlərdir. AZƏRTAC-ın Moskvadan aldığı xəbərə görə, bunu avqustun 12-də jurnalistlərə RF Dövlət Narkotiklərə Nəzarət Komitəsi sədrinin müavini Aleksandr Mixaylov açıqlamışdır.
O bildirmişdir ki, Rusiya Əfqanıstan ətrafında təhlükəsizlik buferi – bu ölkədən narkotiklər gətirilməsinin qarşısı alınacaq zonalar yaratmağı planlaşdırır. Çünki Rusiyaya narkotiklərin 75 faizi Əfqanıstandan gətirilir. Rusiya təhlükəsizlik zonalarını Azərbaycan, Tacikistan və Qırğızıstan ilə birlikdə yaratmağı nəzərdə tutur.
O ki qaldı Əfqanıstanla həmsərhəd olan Türkmənistana, A.Mixaylov demişdir ki, bundan yalnız o imtina etmişdir, bunu bəhanə gətirmişdir ki, bu ölkədə, prinsipcə, narkotiklər ola bilməz. Ümumiyyətlə, Türkmənistan narkotiklərin yayılmasının qarşısını almaq haqqında heç bir beynəlxalq müqaviləni imzalamamışdır”.