DÜNYA


RUSİYANIN TÜRKİYƏYƏ TƏKLİFİ

AZƏRTAC xəbər verir ki, Rusiyanın xarici işlər naziri İqor İvanovun beynəlxalq terrorizmə birgə müqavimət göstərilməsi sahəsində əməkdaşlıq haqqında məktubu Türkiyə xarici siyasət idarəsinin başçısı Abdullah Gülə çatdırılmışdır. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Razov dekabrın 10-da Ankaradan vətənə yola düşməzdən əvvəl İTAR-TASS agentliyinin müxbirinə verdiyi məxsusi müsahibədə açıqlamışdır.

Məktubda bildirilir ki, İstanbulda, habelə Rusiyanın cənubunda son terror aktları bütün ölkələri, o cümlədən də Türkiyə və Rusiyanı hədələyən beynəlxalq terrorçuların əməlləridir.

S.Razov demişdir: “Rusiya xarici işlər nazirinin məktubunda antiterror fəaliyyəti sahəsində iki ölkənin hansı formatda və hansı kanallarla əməkdaşlıq etməsinə dair təkliflər irəli sürülür”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.