SİYASƏT
RUSİYA FEDERASİYASI QƏBƏLƏ RLS-İNİCARƏ HAQQINI ÖDƏYİR
Həmsədrlər - baş nazirin birinci müavini Abbas Abbasov və Rusiya hökuməti sədrinin müavini Viktor Xristenko stansiyanın istifadəsi prinsipləri, maliyyə problemlərinin həlli ilə bağlı protokol imzalamışlar.
Abbas Abbasov AZƏRTAC-ın müxbirinə demişdir ki, Prezident Heydər Əliyevin 1997-ci ilin iyulunda Rusiyaya rəsmi səfəri zamanı bu stansiyadan istifadənin şərtləri müəyyənləşdirilmişdir. Hələ o zaman qərara alınmışdır ki, Rusiya tərəfi RLS-dən 1997-ci ildən sonra istifadə etməyin əvəzində bizə ildə 6 milyon 200 min ABŞ dolları borcludur. Ötən il yanvarın 25-də isə prezidentlər Heydər Əliyev və Vladimir Putin Moskvada “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Qəbələ Radiolokasiya Stansiyasının (“Dəryal” RLS) statusu, istifadəsinin prinsipləri və şərtləri haqqında saziş” imzalamışlar. Sənədə əsasən, Azərbaycanın mülkiyyəti olan RLS Rusiyaya uzunmüddətli icarəyə verilmişdir.
Baş nazirin müavini demişdir ki, “Dəryal” RLS-dən istifadə müqabilində 1997-2001-ci illər üçün alacağımız 31 milyon ABŞ dollarıdır. 2002-ci ildə icarə haqqı kimi 7 milyon ABŞ dolları almışıq. Bu yaxınlarda müvafiq banka daha 3 milyon 500 min dollar köçürülmüşdür.
Abbas Abbasovun sözlərinə görə, dekabrın 15-dək 1997-2001-ci illərin borcundan 6,2 milyon dollar da ödəniləcəkdir.