SİYASƏT
RUSİYA PREZİDENTİ VLADİMİR PUTİN ÜMUMRUSİYA AZƏRBAYCAN KONQRESİNİN İKİNCİ QURULTAYINDA İŞTİRAK ÜÇÜN DƏVƏTİ QƏBUL ETMİŞDİR
Ümumrusiya Azərbaycan Konqresi prezidentinin müşaviri Eldar Quliyevin AZƏRTAC-ın xüsusi müxbirinə verdiyi məlumata görə, oktyabrın 5-də RF Xarici İşlər Nazirliyi ÜAK-a rəsmən bildirmişdir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Konqresin dəvətini qəbul etmiş və onun oktyabrın 19-da İttifaqlar Evinin Sütunlu salonunda keçiriləcək ikinci qurultayında iştirak və çıxış etməyə razılıq vermişdir.
E.Quliyev demişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Konqresin dəvətini qəbul etmiş və Ümumrusiya Azərbaycan Konqresinin qurultayında iştirak edəcəkdir.
Qeyd edilmişdir ki, iki ölkənin prezidentlərinin ÜAK-ın qurultayında iştirakı Rusiyadakı Azərbaycan diasporunun həyatında çox mühüm tarixi-siyasi hadisə olacaqdır.