İQTİSADİYYAT


RUSİYA QIZIL - VALYUTA EHTİYATLARININ HƏCMİNƏ GÖRƏ DÜNYADA SƏKKİZİNCİ YERƏ ÇIXMIŞDIR

Rusiya dünyanın valyuta bazarlarında mövqelərini sürətlə yüksəltməkdədir. Beynəlxalq Valyuta Fondunun (BVF) sifarişi ilə İtaliya Milli Bankı tərəfindən aparılmış son araşdırmalara görə, Rusiya 40981 milyon avro həcmində ehtiyata malikdir. İndi RF səkkizinci yer tutaraq, Almaniya (9-cu yer), İsveçrə və Böyük Britaniya kimi maliyyə “əjdahalarını” arxada qoymuşdur. Bu siyahıda ABŞ altıncı (59274 milyon avro), İtaliya isə 15-ci yeri tutur. Cəmi bir ay bundan əvvəl Rusiya onuncu yerdə idi.

Birinci yeri, əvvəlki kimi, Yaponiya tutur (355766 milyon), onun ardınca Çin gəlir. Hesablamalar zamanı qızıl, valyuta ehtiyatları və BVF-nin şərti ödəniş vasitəsi olan “borc almaq üçün xüsusi hüquqlar” əsas götürülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.