İDMAN


Rafael Ağayev: Komanda yarışında 11 ildən sonra medal qazandıq

Bakı, 22 noyabr, AZƏRTAC

Yığmamız karate üzrə dünya çempionatının komanda yarışında üçüncü yeri tutdu. Sonuncu dəfə 2010-cu ildə finala yüksəlməyi bacarmışdıq. Çox şadam ki, 11 ildən sonra bürünc medal qazandıq. Hər il hansısa maneə ilə qarşılaşırdıq və finala çıxa bilmirdik. Bunun da səbəbi var. Həmişə medal qazananda müsbət göstəricilərdən danışırlar. Amma nöqsanları da demək lazımdır”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Dubayda keçirilən dünya çempionatında uğurla çıxış edən karate üzrə Azərbaycan milli komandasının lideri Rafael Ağayev (75 kq) jurnalistlərə açıqlamasında deyib.

R.Ağayev komanda yoldaşlarının və məşqçilərin gərgin zəhməti nəticəsində medal qazandıqlarını vurğulayaraq bildirib: “Təkcə mən yox, bütövlükdə komandamız dünya çempionatında uğurla iştirak etdi. Hər komandada dəyişikliklər olur. Komandamızın heyətində bu dəfə Ayxan Mamayev çıxış etmirdi. Şəxsi yarışlarda Pənah Abdullayevin çənəsi iki yerdən qırılmışdı. Ona görə təcili Bakıya qayıtdı və əməliyyat olundu. Komandamızın bütün üzvlərini təbrik edirəm. Yeni komanda ilə dünya üçüncüsü olduq. Bundan sonra da uğurlarımız bol olacaq”.

Təcrübəli karateçi ağır zədədən sonra dünya çempionatına yollanmağın çətin olduğunu bildirib: “Bunu dildə demək bəlkə də kiməsə asan gəlir. Şəxsi yarışlarda hər şey qaydasında idi. ABŞ təmsilçisi Skott Tomas ilə 9 görüş keçirmişəm. Ona ilk dəfə idi uduzurdum. Həmin qarşılaşmada 0:3 hesabı ilə geridə idim və 3 xal alaraq hesabı bərabərləşdirdim. Hakimlərin rəyi ilə ABŞ idmançısı qalib oldu. Bunu kompliment olaraq demirəm. Həqiqətən bir az dincəlsəydim, altıqat dünya çempionu olacaqdım. Sadəcə, çox yoruldum. Amma irəli baxmaq lazımdır. Məşqlərə davam etməliyik. Söz-söhbətə yox, məşqlərə daha çox fikir verməliyik. İnanıram ki, yenidən bayrağımızı dalğalandıracağıq”.

Fərdi yarışlarda bürünc medal qazanan Asiman Qurbanlı (+84 kq) bunun üçün sevincli olduğunu söyləyib: “Müəyyən qədər kədərliyəm ki, qızıl medal qazana bilmədim. Bəzi çatışmazlıqlar oldu. Bu da məni çox üzdü. Çünki mundiala qızıl medal üçün getmişdim. Amma əsas odur ki, medalsız qalmadım. Artıq dünyanın bu çəki dərəcəsində üç ən güclü idmançısından biriyəm. Reytinqdə isə ilk "5-lik"dəyəm. Bu, mənim üçün gələcək yarışlarda böyük motivasiyadır. Məqsədim yalnız çempionluqdur və fəxri kürsünün ən yüksək zirvəsini hədəfləyirəm. Qarşıdakı yarışlarda qızıl medal qazanmağı özümə söz vermişəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.