İDMAN


Rafael Ağayev karyerasında ilk dəfə bürünc medala sahib olub

Bakı, 10 noyabr, AZƏRTAC

Madriddə keçirilən böyüklər arasında karate üzrə 24-cü dünya çempionatının beşinci günündə - noyabrın 10-da milli komandamızın üzvü Rafael Ağayev karyerasında ilk dəfə bürünc medala sahib olub.

Azərbaycan Milli Karate Federasiyasından AZƏRTAC-a bildiriblər ki, idmançımız üçüncü yer uğrunda görüşdə özbəkistanlı Dastonbek Otobolaevi 2:1 hesabı ilə məğlub edib. Bu, Rafael Ağayevin karyerasında ilk bürünc medalı olub.

Xatırladaq ki, bu gün millimizin iki üzvü final yarışında gücünü sınayacaq. Böyüklərin yarışında İrina Zaretska (68 kq) finalda rusiyalı Viktoriya İsaeva ilə qarşılaşacaq.

Sahib Əhədov isə parakarateçilərin yarışında İspaniya təmsilçisi ilə üz-üzə gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.