İDMAN
“Real Madrid” Almaniya çempionatının bombardiri üçün 45 milyon avrodan keçməyə hazırdır
Bakı, 12 fevral, AZƏRTAC
Almaniyanın “Ayntraxt” klubunun hücumçusu Luka Yoviç “Real Madrid” komandasının maraq dairəsinə düşüb.
AZƏRTAC “Eurosport”a istinadla xəbər verir ki, “kral” klubu “Ayntraxt”a ilk təklifini (45 milyon avro) göndərib. “Real Madrid” klubunun əzəli rəqibi “Barselona” da gənc hücumçunu heyətə qatmaq marağındadır.
Futbolçu cari mövsümün əvvəlində Portuqaliyanın “Benfika” klubundan “Ayntraxt”a icarə əsasında keçib. Bosniya və Herseqovinadan olan 21 yaşlı hücumçunun dəyəri 6-12 milyon avro arası qiymətləndirilir.
Cari mövsüm Yoviç Almaniya çempionatında 25 oyuna 14 qolla yadda qalıb.
“Real Madrid” klubu ilə yanaşı, Yoviçlə “Barselona” və “Bavariya” da yaxından maraqlanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [21:19]
Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib
- 10.05.2024 [19:39]
Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb
- 10.05.2024 [19:11]
İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu
- 10.05.2024 [18:32]
Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim
- 10.05.2024 [18:21]
İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır
- 10.05.2024 [18:14]
Azərbaycan ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq
- 10.05.2024 [17:57]