İQTİSADİYYAT


“Rebuild Karabakh” sərgisində xarici şirkətlər Qarabağa dəymiş ziyan barəsində məlumatlandırılır

Bakı, 22 oktyabr, AZƏRTAC

“Rebuild Karabakh” sərgisində xarici şirkətlər Qarabağa dəymiş ziyan barəsində məlumatlandırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Qarabağ Dirçəliş Fondunun PR və Kommunikasiya üzrə koordinatoru Pərvin Məmmədova deyib.

O bildirib ki, sərgidə təmsil olunan müxtəlif xarici şirkətlərə Qarabağa ermənilər tərəfindən dəymiş ziyan barəsində videoslaydlar vasitəsilə və şifahi formada məlumatlar verilir.

“Məlumatlandırma da əsas məqsədlərdən biri də odur ki, xarici şirkətlər Qarabağa investisiya yatırarkən bölgənin vəziyyəti barəsində daha geniş fikirlərə malik olsun”, - deyə Pərvin Məmmədova qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.