CƏMİYYƏT


Regionlarda “Erkən nikahların fəsadları və insan alverinə şərait yaradan səbəblər” mövzusunda tədbirlər keçirilib

Bakı, 3 avqust, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan, Sabirabad, Zərdab, Goranboy, Göygöl Uşaq və Ailələrə Dəstək mərkəzləri regionlarda “Erkən nikahların fəsadları və insan alverinə şərait yaradan səbəblər” mövzusunda tədbirlər keçirilib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, mərkəzlərin əməkdaşları erkən nikahın fəsadlarından və bu problemin qarşısının alınması istiqamətində görülən işlərdən, bəzi vaxtlarda isə bu problemin insan alveri qurbanı olmaq təhlükəsinə gətirib çıxarması barədə iştirakçılara ətraflı məlumat veriblər. Eyni zamanda, iştirakçıların sualları cavablandırılıb, maarifləndirici materiallar paylanılıb.

Keçirilən tədbirlərdə gənclər, icma sakinləri, könüllülər və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.