İDMAN


“Renault” Formula 1-dən getməyi planlaşdırmır

Bakı, 3 oktyabr, AZƏRTAC

Formula 1 Rusiya Qran-Prisi günlərində “McLaren” elan edib ki, “Renault”la əməkdaşlıqdan imtina edir və 2021-ci ildən etibarən “Mercedes”in güc qurğularına keçəcək. Dərhal ehtimal edilib ki, “Renault” Formula 1-də çıxışlarını başa çatdırmağı qərara alıb. Lakin komandanın rəhbəri Siril Abitebul bu ehtimalları təkzib edib.

AZƏRTAC xəbər verir ki, Siril Abitebul deyib: “Bizim getməklə bağlı heç bir planımız yoxdur. 2021-ci ilə gəldikdə isə hamıya məlumdur ki, tərəfdaşlıq müqaviləsi başa çatır və qarşıda bizi çıxışların yeni şərtləri barədə danışıqlar gözləyir. Biz vəziyyətə nəzarət edirik, amma indi hər şey təsdiq edir ki, 2021-ci ildə Formula 1 daha yaxşı olacaq, yəni bizim 2021-ci ildə çempionatda iştirak etməməyimiz üçün heç bir səbəbimiz yoxdur”.

Nəhayət, biz bütün rəqiblərimizi geridə qoymaq istəyirik. Komanda sonuncu dəfə 2005 və 2006-cı illərdə titullar qazanıb, həmin vaxt biz heç bir komandanı öz motorlarımızla təchiz etmirdik. Düşünürəm ki, biz resurslarımızın məhdud olması faktını qəbul etməliyik. Ola bilsin, belə vəziyyətdə həqiqətən də gücümüzü qorumaq, diqqətimizi öz məsələlərimizin həlli üzərində cəmləşdirmək daha yaxşıdır.

Maşının bir çox komponentlərinin standartlaşdırılmasına dair planlar 2021-ci ildə həyata keçsə, mühərrik və onun şassiyə inteqrasiya olunması həlledici faktorlar olacaq. Düzünü desək, belə vəziyyətdə müstəqil işləmək və layihələrimizi özümüzdə saxlamaq daha yaxşıdır. Bizdə layihələrimizlə bağlı müəyyən əminlik hissi var. Əgər hər hansı maraqlı həlli tapa bilsək, mən onu məxfi saxlamağa üstünlük verərdim”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.