İQTİSADİYYAT


Rəqəmsal Ticarət Qovşağı sahibkarlar üçün Eskrou xidmətindən istifadə imkanı yaradacaq

Bakı, 23 avqust, AZƏRTAC

Azərbaycan Rəqəmsal Ticarət Qovşağı sahibkarlar üçün Eskrou (“Escrow”) xidmətindən də istifadə imkanı yaradacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın avqust ayı üçün sayında qeyd olunub. Eskrou müəyyən əməliyyatda iştirak edən iki tərəf üçün tələb olunan vəsaitlərin ödənişini həyata keçirən və tənzimləyən maliyyə razılaşmasıdır. O, ödənişin təhlükəsiz Eskrou hesabında saxlanmasını təmin etməklə əməliyyatları daha da təhlükəsiz edir. Eskrou hesab yalnız Eskrou şirkət tərəfindən nəzarət olunan müqavilənin bütün şərtləri təmin edildikdə vəsait buraxılır.

Eskroular böyük məbləğdə əməliyyatlarda çox faydalıdır. Ödənişin buraxılmasından əvvəl müəyyən öhdəliklər yerinə yetirilməlidir. Bu, xüsusilə, tam ödənişin həyata keçirilməsindən əvvəl alıcı tərəfindən işin keyfiyyətinə dair təsdiqin tələb edildiyi və satıcının ödənişi əldə etdiyinə dair hər hansı təminat olmadan böyük həcmdə işi həyata keçirmək istəmədiyi hallarda mümkündür.

Ənənəvi Eskrou xidməti çox çətindir, banklar və hüquqşünaslar vasitəsilə əldə olunmalıdır. Lakin, escrow.azexport.az portalı uyğun tariflərlə eskrou xidmətləri göstərir. Ödəniş "Eskrou"da olduğundan, əməliyyat pul itkisi riski olmadan təhlükəsiz qaydada həyata keçirilə bilər. Bu, bütün hüquqi jarqonları aradan qaldırır və əməliyyatların təhlükəsiz aparılmasına, eləcə də alıcı və satıcıların daha inamlı olmasına imkan verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.