CƏMİYYƏT
Respublika Seysmoloji Xidmət Mərkəzində gənc mütəxəssislər üçün təlim keçirilib
Bakı, 11 fevral, AZƏRTAC
Gənc alim və mütəxəssislərin beynəlxalq əməkdaşlıq sahəsində əlaqələrin qurulmasında və qrant müsabiqələrində iştirakının təmin olunması ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri üçün təlim keçirilib.
Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, təlimdə çıxış edən RSXM-in beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov iştirakçılara “Erasmus”, “Marie Sklodowska-Curie”, “The Fulbright” “ The Matsumae International Foundation”, və s. təqaüd proqramları və “Horizon 2020” və “European Research Council” qrant layihələri haqqında da geniş məlumat verib.
Təlimdə, həmçinin “Clarivate Analytics-in Web of Science” veb-səhifəsi və bu ay keçiriləcək onlayn layihələr, yəni vebinarlar haqqında məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.