CƏMİYYƏT


Respublika Seysmoloji Xidmət Mərkəzində seminar keçirilib

Bakı, 12 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində növbəti elmi seminar keçirilib.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, seminarda akademik Pərviz Məmmədov “Qafqaz – Xəzər regionunda seysmiklik litosferin strukturu və geodinamikanın vacib indikatorudur” mövzusunda məruzəsini təqdim edib. Elm baxımından kifayət qədər yeniliklərlə zəngin olan məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Məruzəçi çıxışından sonra maraq doğuran sualları cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.