İQTİSADİYYAT


Risklərin idarə edilməsi sisteminin effektiv qurulması məsələləri müzakirə olunub

Bakı, 11 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Sparkassenstiftung für internationale Kooperation” ilə birgə təlimçi-ekspert İrina Friedemannın təqdimatında “Risklərin idarə edilməsinin təşkilati strukturu” mövzusunda seminar keçirib.

Palatadan AZƏRTAC-a bildirilib ki, seminar çərçivəsində risklərin idarə edilməsi üzrə beynəlxalq təcrübə, optimal strukturun seçilməsi, risklərin idarə edilməsi sisteminin effektiv qurulması məsələləri ilə bağlı mövzular müzakirə olunub. Təcrübə və diskussiyalarla zəngin olan seminarda 25 bankın nümayəndələri və MBNP-nin əməkdaşları iştirak edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.