İQTİSADİYYAT


Ro-Pax tipli “Azərbaycan” gəmi-bərəsi ilk dəfə Türkmənbaşı limanına daxil olub

Bakı, 13 may, AZƏRTAC

Türkmənistanın Türkmənbaşı limanına ilk dəfə yan alan “Azərbaycan” Ro-Pax gəmi-bərəsinin milli adət-ənənələrə uyğun qarşılanma mərasimi olub.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-dən (ASCO) AZƏRTAC-a bildirilib ki, türkmənistanlı qardaşlarımız ASCO dənizçilərinə yeni gəminin istismarı münasibətilə xeyir-dua verib və uğurlu səfərlər arzulayıblar.

Öz növbəsində gəmi heyəti də bu isti qarşılanmaya görə türkmənistanlı qardaşlarımıza təşəkkür ediblər.

Xatırladaq ki, gəminin ilk səfəri mayın 7-də Qazaxıstanın Kurık limanına olmuşdu.

Qeyd edək ki, “Azərbaycan” ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan Ro-Pax tipli ilk gəmi-bərədir. Müasir standartlara uyğun inşa olunan gəmi bu ilin martında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə istismara verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.