DÜNYA


“Rosselxoznadzor” Ermənistandan balıq məhsulları tədarükünü məhdudlaşdırıb

Bakı, 7 noyabr, AZƏRTAC

Rusiya Federasiyasının (RF) Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Ermənistandan balıq məhsulları tədarükünü məhdudlaşdırmaq haqqında qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, “Rosselxoznadzor”un rəsmi internet saytında yerləşdirilmiş məlumatda deyilir: “Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti bildirir ki, “Rosselxoznadzor”un laboratoriyalarında aparılan analizlər nəticəsində Ermənistan müəssisələrində istehsal olunmuş balıq məhsullarının Rusiya və Avrasiya İqtisadi Birliyinin norma və tələblərinə uyğun gəlmədiyi müəyyən olunub”.

“Rosselxoznadzor” Ermənistanın “Ayr Ev Vordi Buniatyanner”, “Fişart” və “Xayts İşxan” balıqçılıq şirkətlərinin məhsullarına gücləndirilmiş laboratoriya nəzarəti tətbiq edib. Bu məhsullarda qadağan olunmuş zərərli maddə - nitrofuran metaboliti aşkar olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.