İQTİSADİYYAT
Rouminq tariflərinin aşağı salınması istiqamətində danışıqlar aparılır
Bakı, 13 mart, Gülnar Bəşirova, AZƏRTAC
Yaxın vaxtlarda istehlakçıların icazəsi olmadan onların mobil nömrələrinə göndərilən icazəsiz mesajların qarşısının alınması ilə bağlı müvafiq tədbirlər görüləcək.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev deyib.
Xidmət rəisi bildirib ki, aparılan araşdırmalar istehlakçıların mobil nömrələrinə gələn SMS-lərin üç qrupa aid olduğunu göstərir. Bunlardan birincisi istehlakçının tanıdığı şəxslərdən gələn SMS-lərdir. İkincisi, istehlakçılara müxtəlif alış-veriş obyektlərindən gələn SMS-lərdir. Mobil operatorlar bunun dayandırılmasının qarşısını ala bilmirlər. Üçüncüsü isə istehlakçıya xəbərdarlıq edilmədən göndərilən SMS-lərdir. Hazırda bu cür SMS-lərin göndərilməsinin qarşısının alınması məqsədi ilə qanunvericilikdə müvafiq dəyişiklərin edilməsi ilə bağlı təkliflər hazırlanıb.
Zahid İsayev onu da əlavə edib ki, rouminq tariflərinin aşağı salınması istiqamətində də müvafiq danışıqlar aparılır və tədbirlər görülür.