REGİONLAR
Rui Qomeş: Həqiqət ən böyük diplomatiyadır
AZƏRTAC xəbər verir ki, bu sözləri Qəbələ şəhərində keçirilən “Nifrət Nitqinə Yox Hərəkatı” Beynəlxalq Forumunun iştirakçısı, “Nifrət nitqinə yox hərəkatı” Forumu çərçivəsində jurnalistlərə açıqlamasında Avropa Şurasının Gənclər Departamentinin sektor müdiri, “Nifrət Nitqinə Yox Hərəkatı” kampaniyasının rəhbəri Rui Qomeş deyib. O, erməni gənclərin dəvət olunmalarına baxmayaraq, Foruma qatılmadıqlarını söyləyib.
Qonaq deyib ki, Forumda nifrət nitqi və ayrı-seçkilik kimi məsələlər üzrə yerli və xarici iştirakçılarla birlikdə qrup işləri və müzakirələr aparılacaq. Müzakirələr zamanı iştirakçıların fikirləri və təklifləri dinləniləcək. Onun sözlərinə görə, bu tədbirdə əsas məqsədlərdən biri də müharibə şəraitində yaşayan gəncləri münaqişənin sülh yolu ilə həllində fəal iştiraka dəvət etməkdir. Rui Qomeş daha sonra deyib: “Həqiqət ən böyük diplomatiyadır. Forumda panellərimizin birini də nifrət nitqinin aradan qaldırmasına həsr edəcəyik”.
R.Qomeş bildirib ki, bu kampaniya müxtəlif ölkələrin gəncləri arasında sülhün bərqərar olunmasına təkan verəcək.