DÜNYA


Rumıniya hökuməti Moldovaya 100 milyon avro məbləğində yardım göstərəcək

Rumıniya hökuməti Moldovaya 100 milyon avro məbləğində yardım göstərəcək

Buxarest, 25 mart, AZƏRTAC

Rumıniya hökuməti Moldovaya 100 milyon avro məbləğində təmənnasız maliyyə yardımı haqqında sazişin ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniya Nazirlər Kabinetinin mətbuat üzrə nümayəndəsi Dan Kerbunaru bildirib.

O deyib: “Rumıniya hökuməti ilə Moldova hökuməti arasında 100 milyon avro məbləğində təmənnasız maliyyə yardımı əsasında Moldovada texniki və maliyyə dəstəyi proqramının həyata keçirilməsinə dair sazişlə bağlı qanun layihəsi təsdiqlənib”.

Nazirlər Kabinetinin nümayəndəsi vurğulayıb ki, bu saziş Rumıniyanın Moldovanın uzunmüddətli inkişafı, islahatlar yolunda irəliləyişi və Avropa İttifaqı ilə yaxınlaşması üçün səylərini xüsusi dəstəklədiyi əsas sənədlərdən biridir.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.