Rumıniya mediası Prezident İlham Əliyevin Macarıstana səfərinə geniş yer ayırıb
AzerTAg.az
Buxarest, 1 fevral, AZƏRTAC
Rumıniyanın nüfuzlu kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfərinə və keçirdiyi görüşlərə geniş yer ayırıb.
AZƏRTAC xəbər verir ki, “AGERPRES” milli xəbər agentliyi, “Profi24tv” televiziya kanalı, “StiriPeSurse”, “ZiareLive”, “Capital” xəbər portalları və jurnalları, “Radio Romania” radiosu və digər KİV-lərdə dərc edilən məqalələrdə Azərbaycan və Macarıstan arasında imzalanan sənədlər, birgə bəyanatda səsləndirilən fikirlər işıqlandırılıb.
Macarıstanın Baş naziri Viktor Orbana istinadla qeyd olunub ki, Azərbaycan Avropanın enerji təchizatında əsas ölkədir. Prezident İlham Əliyevə isə istinadla vurğulanıb ki, yaşıl enerji Azərbaycanı Avropaya daha da yaxınlaşdırır. Məqalələrdə bildirilir ki, yaxın keçmişdə Azərbaycanda aşkarlanmış yaşıl enerji potensialı ölkənin önəmini daha da artırır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest

Xəbərin mətnində orfoqrafik səhv var