DÜNYA


Rumıniya parlamenti yeni hökuməti təsdiq edib

Buxarest, 25 noyabr, AZƏRTAC

Rumıniya parlamenti cümə axşamı keçirilən iclasda baş nazirliyə namizəd, keçmiş müdafiə naziri Nikolae Çukanın namizədliyini dəstəkləyib və yeni hökumətin formalaşdırılmasını təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə Deputatlar Palatasının sədri Marsel Çiolaku bildirib. Oktyabrın 5-də Rumıniya parlamenti Baş nazir Florin Kytsunun rəhbərliyi altında hökumətə etimadsızlıq səsverməsi keçirib. Noyabrın 22-də Rumıniya Prezidenti Klaus Yohannis Nikolae Çukanın Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə namizədliyini irəli sürüb. Onun namizədliyini Rumıniya Milli Liberal Partiyası, Sosial Demokrat Partiyası və Macarların Demokratik İttifaqının yaratdığı hakim koalisiya dəstəkləyir. Koalisiya baş nazirləri rotasiya etmək qərarına gəlib, ilk 1,5 il hökumətə liberalların nümayəndəsi Çuka rəhbərlik edəcək, sonra onu sosial demokrat əvəz edəcək. Parlament Baş nazir Nikolae Çukanın hökumətinə etimad səsverməsi keçirib, həmçinin onun hökumət proqramını təsdiqləyib. Yeni hökuməti 466 deputatdan 318-i dəstəkləyib. Yerli qanunvericiliyə görə, baş nazirliyə namizədi azı 234 parlamentari dəstəkləməli idi. Çuka hökumətində 20 nazirlik var. Baş nazirin müavinləri postları Macarıstan Demokratik İttifaqının sədri Kelemen Hunor və Sosial Demokrat Partiyasının sədr müavini Sorin Qrindyana keçib. Hökumət proqramı bir neçə istiqamətə yönəlib: enerji daşıyıcılarının qiymətlərinin artmasına qarşı mübarizə, vergi artımlarının qarşısının alınması, ədliyyə sisteminin müstəqilliyinin təmin edilməsi, təhsil sektorunun inkişafı və proqnozlaşdırıla bilən xarici siyasət.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.