DÜNYA


Rumıniya təbii qaz ixracatçısı ola bilər

Buxarest, 28 noyabr, AZƏRTAC

Rumıniya təbii qaz ixracatçısı ola bilər.

AZƏRTAC xəbər verir ki, Rumıniya Energetika Nazirliyinin dövlət katibi xanım Yuliana-Roberta Tudorakenin sözlərinə görə, Rumıniya qaz ixracatçısı olmaq niyyətindədir.

Oktyabr ayının sonunda ölkə parlamenti Qara dəniz şelfində enerji resurslarının istehsalı ilə bağlı qanunu qəbul edib. Qanuna görə, çıxarılacaq qazın yarısı ölkə daxilində satılmalıdır.

“Deloitte” şirkətinin Rumıniya filialının məsləhətçisi, sabiq energetika naziri Rızvan Nikolesku isə bildirib ki, Qara dəniz şelfində neft və qazın çıxarılmasına qoyulacaq sərmayələr 2040-cı ilə kimi ölkə büdcəsinə 26 milyard dollar gətirə bilər, eyni zamanda, 30 min iş yerinin yaradılması mümkündür. Əlaqədar sahələrə isə 9 milyard dollar sərmayə cəlb etməklə 42 min yeni iş yeri açmaq olar.

Qeyd edək ki, Rumıniya hələ 2012-ci ildə Qara dəniz şelfində qaz yatağı aşkar edib. Rumıniya Energetika Nazirliyinin hesablamalarına görə, Qara dəniz şelfində 250 milyard kubmetr qaz ehtiyatı vardır. Bu, ölkənin tələbatından 20 dəfə çoxdur. Kəşfiyyat qazma işləri isə davam edir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.