SİYASƏT


Rumıniyada azərbaycanlı və rumın gəncləri arasında futbol matçı keçirilmişdir

Bakı, 15 noyabr (AZƏRTAC). Buxarestdə Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının (ACTAR) və Rumıniya Liberal Demokrat Partiyasının Gənclər Təşkilatının (PDL) üzvlərindən ibarət futbol komandaları arasında yoldaşlıq görüşü keçirilmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, azarkeş qismində görüşü Azərbaycanın Rumıniyadakı səfirliyinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının, eləcə də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Rumıniya nümayəndəliyinin təmsilçiləri, bu ölkədə yaşayan azərbaycanlılar izləmişlər.

Gərgin mübarizə şəraitində keçən oyun 6:6 hesabı ilə başa çatmışdır. Komandaların hər birinə üzərində “Azərbaycan-Rumıniya Dostluğu” yazısı həkk olunmuş kuboklar təqdim edilmişdir.

Vurğulanmışdır ki, idman oyunlarının mütəmadi olaraq keçirilməsi iki xalqın gəncləri arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.