DÜNYA


Rumıniyada koronavirusa gün ərzində yoluxanların sayı 10 mini keçib

Buxarest, 19 noyabr, AZƏRTAC

Rumıniyada koronavirusa yoluxanların sayı 393 min 851 nəfərə çatıb. AZƏRTAC Rumıniya Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son 24 saat ərzində 10 min 108 yeni yoluxma hadisəsi qeydə alınıb. Koronavirusdan ölənlərin sayı 9596 nəfərdir, 269 min 590 nəfər sağalıb.

Qeyd edək ki, Rumıniya hökuməti pandemiya ilə əlaqədar vətəndaşları diqqətli olmağa, sanitar normalara riayət etməyə çağırır.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.