DÜNYA


Rumıniyada koronavirusa yoluxanların sayı artır

Buxarest, 22 iyun, AZƏRTAC

Rumıniyada koronavirusa yoluxanların sayı 24 min 291 nəfərə çatıb. AZƏRTAC Rumıniya Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son 24 saat ərzində 246 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 1523 nəfərdir. 17 min 31 nəfər sağalıb, 1258 nəfər karantinə yerləşdirilib, 71 min 895 nəfər evində təcrid olunub. 630 min 374 nəfər test edilib.

Qeyd edək ki, Rumıniya Prezidenti Klaus Yohannis xəstələrin sayının artması ilə əlaqədar əhalini sanitar normalara daha ciddi riayət etməyə çağırıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.