İDMAN


“Rusiya-2018”: Peru millisi ilkin heyətini açıqlayıb

Bakı, 17 may, AZƏRTAC 

Peru millisinin futbol üzrə dünya çempionatı üçün genişləndirilmiş heyəti açıqlanıb.

AZƏRTAC xəbər verir ki, baş məşqçi Rikardo Qareka 25 futbolçuya dəvət göndərib.

Heyətdə qapıçılar - Pedro Qales (“Verakruz”, Meksika), Karlos Kaseda (“Deportivo Minisipal”, Peru), Xose Karvalyo (“Casamarka”, Peru), müdafiəçilər – Luis Abram (“Velez Sarsfild”, Argentina), Luis Advinkula (“Lobos”, Meksika), Miqel Arajo (“Alyansa Lima”, Peru), Aldo Korso (“Universitario Depor”, Peru), Nilson Loyola (“Melqar”, Peru), Kristian Ramos (“Verakruz”, Meksika), Alberto Rodriqez (“Sportinq Kristal”, Peru), Anderson Santamariya (“Puyebla”, Meksika), Miqel Trauko (“Flamenqo”, Braziliya), yarımmüdafiəçilər - Pedro Aquino (“Lobos”, Meksika), Vilder Kartaqena (“Veracruz”, Meksika), Khristian Kuyeva (“Sao Paulo”, Braziliya), Edison Flores (“Alborq”, Danimarka), Serxio Pena Flores (“Qranada”, İspaniya), Renato Tapiya (“Feyenord”, Hollandiya), Yosimar Yotun (“Orlando Siti”, ABŞ), hücumçular – Paulo Hurtado (“Vitoriya Qimarayeş”, Portuqaliya), Endi Polo (“Portland Timbers”, ABŞ), Andre Karrilyo (“Votford”, İngiltərə), Raul Ruidiyas (“Moreliya”, Meksika) və Jeferson Farfan (“Lokomotiv”, Rusiya) yer alıblar.

Qeyd edək ki, Peru yığması Rusiyada keçiriləcək dünya çempionatında Fransa, Danimarka və Avstraliya ilə eyni qrupda mübarizə aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.