İDMAN


“Rusiya 2018”: günün üçüncü oyununda Peru və Danimarka milliləri qarşılaşırlar

Bakı, 16 iyun, AZƏRTAC

Rusiyada keçirilən futbol üzrə dünya çempionatının üçüncü gününün üçüncü oyununda “C” qrupunda yer alan Peru və Danimirka milliləri qarşılaşırlar.

AZƏRTAC xəbər verir ki, Saranskdakı “Mordoviya Arena”da oynanılan görüşü qambiyalı referi Bakari Qassama idarə edir. Saat 20:00-da start götürən oyun İdman Azərbaycan kanalında canlı yayımlanır.

Peru millisinin start heyətində Pedro Qalese, Alberto Rodriqes, Miqel Trauko, Kristian Kueva, Cefferson Farfan, Renato Tapiya, Kristian Ramos, Luis Advinkula, Andre Karrilo, Yosimar Yotun və Edison Flores yer alıblar.

Danimarka yığmasının heyətində isə meydançaya Kasper Şmeyxel, Simon Ker, Andreas Kristen, Vilyam Kvist, Tomas Dileyni, Nikolay Yorqensen, Kristian Eriksen, Henrik Dalsqor, Yens Stryuqer Larsen, Yussuf Poyulsen və Pione Sisto çıxıblar.

Dünya futbol tarixində ilk dəfə üz-üzə gələn bu komandalar mundiala play-off mərhələsinin qalibi olaraq vəsiqə qazanıblar. “Rusiya 2018” 36 illik fasilədən sonra dünya çempionatına vəsiqə qazanan Peru yığması və Danimarka millisi üçün beşinci mundialdır. Hər iki komanda dünya çempionatlarında indiyədək yalnız dörddəbir final mərhələsinədək irəliləyə biliblər.

Xatırladaq ki, “C” qrupu çərçivəsində bu gün keçirilən ilk oyunda Fransa millisi Avstraliya yığmasını 2:1 hesabı ilə məğlub edib. Argentina-İslandiya qarşılaşmasında isə qalib müəyyənləşməyib – 1:1.

Günün saat 23:00-da başlayacaq sonuncu qarşılaşması “D” qrupunun iştirakçıları Xorvatiya və Nigeriya milliləri arasında keçiriləcək. Azərbaycanlı futbolsevərlər bu oyunu İctimai Televiziyadan izləyə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.