İQTİSADİYYAT


Rusiya Azərbaycanın daha bir neçə müəssisəsindən pomidor və alma idxalına icazə verib

Moskva, 11 iyun, AZƏRTAC

Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) iyunun 15-dən ölkəyə Azərbaycanın daha 31 müəssisəsindən pomidor, 24 şirkətindən isə alma idxalına icazə verib.

AZƏRTAC xidmətin saytına istinadla xəbər verir ki, “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert ilə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli arasında iyunun 10-u və 11-i aparılmış danışıqlardan sonra məhsulların dəmir yolu ilə danışması barədə razılığa gəlinib.

Qərar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti əsasında qəbul edilib. Məhsullar fitosanitar sertifikatlarla ixrac olunacaq, hər vaqonda yalnız bir müəssisədən bir məhsul növünün daşınmasına icazə veriləcək.

Bu il oktyabrın 1-dən isə Azərbaycandan pomidor və almaların konteynerlərlə daşınması nəzərdə tutulub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.