İDMAN


“Rusiya Dəmir Yolları” ASC şahmat üzrə iddiaçılar turnirinin sponsoru olacaq

Bakı, 7 mart, AZƏRTAC

“Rusiya Dəmir Yolları” ASC şahmat üzrə iddiaçılar turnirinin sponsoru olacaq.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə FIDE-nin mətbuat xidmətindən məlumat verilib. Sponsorluqla bağlı müqavilə FIDE-nin Astanada keçirilmiş rüblük iclasında imzalanıb.

2020-ci ildə keçiriləcək iddiaçılar turnirinin tarixi və yeri hələ müəyyənləşməyib. Turnirin qalibi dünya şahmat tacı uğrunda hazırkı dünya çempionu norveçli Maqnus Karlsen ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.