RƏSMİ SƏNƏDLƏR


Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi dərin ehtiramla və xoş arzularla təbrik edirəm.

Bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və uzun illər tükənməyən enerji arzulamaqdan xüsusi məmnunluq duyuram.

Siz dünya miqyaslı nüfuzlu siyasi xadim kimi təkcə doğma ölkənizdə deyil, onun hüdudlarından kənarda da haqlı olaraq dərin hörmət qazanmısınız.

Rusiyanın Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrini və işgüzar tərəfdaşlığı hərtərəfli dəstəklədiyinizə və onların inkişafına verdiyiniz dəyərli şəxsi töhfəyə görə Sizə təşəkkür edirəm. Əminəm ki, biz qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq ənənələrini birgə səylərimizlə gələcəkdə daha da inkişaf etdirəcəyik.

Dərin hörmətlə,

 

İqor Babuşkin,

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin