İQTİSADİYYAT


Rusiya ilə iqtisadi əlaqələrin inkişafı istiqamətləri müzakirə olunub

Bakı, 5 oktyabr, AZƏRTAC

İkinci Xəzər İqtisadi Forumunda iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu ölkənin iqtisadi inkişaf naziri Maksim Reşetnikovla görüşüb.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tərəflər ticarət əlaqələrinin təşviqi, iqtisadi əməkdaşlıq çərçivəsində klasterlərin yaradılması, Azərbaycan-Rusiya regionlararası forumunun keçirilməsi, iqtisadi zonalar üzrə fəaliyyətin təkmilləşdirilməsi və sərhəd-keçid məntəqələrinin imkanlarının artırılması barədə müzakirələr aparıblar.

Azərbaycanın iqtisadiyyat naziri Rusiya ilə əməkdaşlığın uğurlu inkişafını vurğulayıb, iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması istiqamətində görülən işlər barədə danışıb.

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov ölkələrimiz arasında iqtisadi münasibətlərin yüksək səviyyəsini vurğulayıb, tərəfdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.