SİYASƏT
Rusiya naziri: Azərbaycan-Rusiya Regionlararası Forumu həm Azərbaycan, həm də Rusiya sahibkarlarına sərfəlidir VİDEO
Qəbələ, 24 iyun (AZƏRTAC, Elşən Şahbalayev). V Azərbaycan-Rusiya Regionlararası Forumu həm Azərbaycan, həm də Rusiya sahibkarlarına sərfəlidir.
AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə müsahibəsində Rusiyanın regional inkişaf naziri İqor Slyunyayev səsləndirmişdir.
Rusiya naziri demişdir: “Ünsiyyət sayəsində yeni layihələr yaranır. Azərbaycan və Rusiya bir yerdə çox rahat işləyirlər, çünki biz qardaş xalqlarıq. Bu gün Rusiyada çoxlu azərbaycanlı sahibkar işləyir, Rusiya iqtisadiyyatına sərmayə yatırır”.
Forumun Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin sayəsində yaradıldığını bildirən İ.Slyunyayev demişdir: “Bu forum təntənəli yubiley tədbiridir. O, iki ölkənin əməkdaşlığına müsbət təsir göstərir və regional inkişafı sürətləndirir. Forum çərçivəsində 10-dək sənəd imzalanacaqdır. Bu isə kiçik rəqəm deyildir”.