Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Rusiya və Azərbaycan ortaq informasiya mühiti yarada bilərmi?

Rusiya və Azərbaycan ortaq informasiya mühiti yarada bilərmi?

Moskva, 13 may, AZƏRTAC

Müasir dövrdə mədəniyyət və informasiya çox vaxt ideoloji və siyasi rəqabət məkanına çevrilir. Buna görə də vahid mədəni-informasiya məkanı yaradılması ideyası informasiya müharibələrinə qarşı mübarizə üsullarından biridir. Rusiya ilə Azərbaycanın münasibətlərində bu proses necə inkişaf edir? Rusiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri Nataliya Kraskovskaya AZƏRTAC-a müsahibəsində bu barədə danışır.

-Nataliya Rudolfovna, Rusiya-Azərbaycan mədəni məkanında informasiya əlaqələrini möhkəmlətməyin əsas məqsədi nədən ibarətdir?

-Ölkələrimizin inteqrasiya dərəcəsini yüksəldən fəal humanitar əlaqələr sosial-mədəni və iqtisadi layihələri birgə reallaşdırmağa kömək edir. Ortaq ümumi məkan isə həm müxtəlif millətlərdən olan insanların bir-birinin ənənələri və mədəniyyəti barədə daha çox bilik əldə etməsinə imkan verir, həm də xalqlarımızın ümumi mədəni kodlarının, vahid dəyərlərin və mental məqsədlərin yaranmasına kömək edir. İlk növbədə Azərbaycanda tarixən bərqərar multikulturalizm və ikincisi, azərbaycanlılar tərəfindən rus dilindən geniş miqyasda istifadə edilməsi Rusiya ilə Azərbaycan arasında bu prosesin daha fəal inkişafına şərait yaradır. Postsovet respublikalarının əksəriyyətinin fonunda Azərbaycanda rus dilinin geniş yayılması və öyrənilməsi göz qabağındadır.

-Sizin fikrinizcə, Rusiya ilə Azərbaycan arasında ortaq informasiya məkanının yaradılmasında əsas amil nəyə görə məhz rus dili hesab edilməlidir?

-Tarixən iş belə gətirib ki, rus dili sistemyaradıcı inteqrasiya amili, identiklik, obrazlar və ideyalar daşıyıcısıdır. Təcrübə göstərir ki, əvvəllər rus dilinin millətlərarası ünsiyyət vasitəsi olduğu postsovet respublikalarında bu dilin mövqeyinin zəifləməsi həmin ölkələrdə mədəniyyətin vəziyyətinə mənfi təsir edir. Azərbaycanda isə tamam başqa vəziyyətdir: çox cəhətdən Heydər Əliyevin nüfuzu sayəsində bu ölkədə rus dilinə qayğıkeş münasibət formalaşıb. Rus dilini əla səviyyədə bilən Ümummilli Lider Rusiya ilə münasibətləri yüksək qiymətləndirirdi, Rusiyada həmişə onun çoxsaylı dostları və həmməsləkləri olub. Heydər Əliyev rus dilini və ədəbiyyatını öz ölkəsinin mədəni irsinin mühüm elementi hesab edirdi. Buna görə də rus dili iki ölkənin tarixi əlaqələrinə hörmət əlaməti kimi bu gün də öz əhəmiyyətini saxlayır və Rusiya-Azərbaycan münasibətlərinin strateji xarakterinə tamamilə uyğun gəlir.

-Ölkələrimiz arasında ümumi informasiya məkanı yaradılmasına rus dili praktiki olaraq nə dərəcədə kömək edir?

-Rusiyalı turistlər Azərbaycana gələndə əlverişli dil mühitinə düşürlər, çünki Azərbaycan əhalisinin əksəriyyəti rus dilini bilir. Ölkədə rus dilində onlarca qəzet və jurnal çıxır, rus dilində tədris ədəbiyyatı, elmi və bədii ədəbiyyat nəşr edilir, televiziya və radio verilişləri translyasiya edilir. Azərbaycanın təhsil sistemi bu prosesə çox böyük töhfə verir. Azərbaycanlı məktəblilər və tələbələr rus dili və ədəbiyyatı ilə əlaqədar müxtəlif müsabiqələrdə və digər tədbirlərdə fəal iştirak edirlər. Nümunə kimi, “Puşkiniana” layihəsi çərçivəsində Puşkinin şeirlərini əzbər söyləyənləri, bu şeirlərə bəstələnmiş musiqi əsərlərinin ifaçılarını, Azərbaycan gənclərinin artıq dördüncü dəfə qoşulduğu beynəlxalq “Total imla” aksiyasını göstərə bilərəm. Mənim fikrimcə, azərbaycanlı və rusiyalı məktəblilərin iştirakı ilə rus dili festivallarının keçirilməsi çox perspektivli ola bilər.

-Ümumi informasiya məkanının inkişafı Rusiya və Azərbaycan gənclərinin əlaqələrindən nə dərəcədə asılıdır?

-Milli mədəniyyətlərin dostcasına real qarşılıqlı təsiri və qarşılıqlı nüfuz etməsi sahəsində təcrübəsi olmayan gənclərə xüsusi diqqət yetirilməlidir. Gənclərin birgə təşəbbüslərinin reallaşdırılması və cavanlar arasında şəxsi ünsiyyət üçün hər cür şərait yaradılmalıdır, çünki ortaq təfəkkür həm rəsmi informasiya kanalları vasitəsilə, həm də qeyri-formal ünsiyyət yolu ilə formalaşır. Təhsil proqramlarının potensialından maksimum istifadə etmək lazımdır: hazırda 15 minə yaxın azərbaycanlı tələbə bizim ölkəmizdə təhsil alır və Rusiya belə tələbələrin qəbul planını artırmağa hazırdır.

-Sizin fikrinizcə, Rusiya və Azərbaycan elə bir informasiya mühiti yarada bilərmi ki, orada həm qarşılıqlı informasiya axını baş versin, həm də bu axını başqa ölkələrə translyasiya etmək mümkün olsun?

-Bundan ötrü ümumi mədəni-tarixi kodun daşıyıcısı, dostluq vasitəsi kimi rus dilinin beynəlxalq statusu artırılmalıdır. Rus dilinin xaricdə populyarlaşdırılması üçün cari ildə federal büdcədən 470 milyon rubl ayrılıb. Qonşu dövlətlərlə sıx əlaqələri olan Azərbaycan rus dilinin və ruslara xas olan dəyərlərin Türkiyədə, İranda və Yaxın Şərq ölkələrində yayılması üçün bir növ “əməliyyat meydanı” ola bilər. Gələcəkdə bu proses millətlərarası əlaqələrin möhkəmlənməsində və ümumi informasiya məkanının genişlənərək regional miqyas almasında çox böyük rol oynayacaq.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Salyanda avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin üstü də açılıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb

ABŞ-da yük qatarı relsdən çıxaraq alovlanıb

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur