DÜNYA


Rusiyada koronavirus xəstələrinin sayı artır

Moskva, 18 sentyabr, AZƏRTAC

Rusiyada bir gündə 5905 koronavirus xəstəsi qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu, iyulun 20-dən sonra qeydə alınan rekord saydır. Bir gün əvvəl 5076 xəstə aşkar olunmuşdu.

Ümumilikdə, ölkədə COVID-19 xəstələrinin sayı 1 091 186 nəfərə, aktiv xəstələrin sayı isə 170 min 884 nəfərə çatıb. Bir gündə 5339 nəfər sağalıb, 134 xəstə vəfat edib. COVID-19 xəstəliyinə ən çox yoluxma paytaxt Moskvada - 805 hal qeydə alınıb.

Rusiya yoluxma sayına görə ABŞ, Hindistan, Braziliyadan sonra hələ də 4-cü yerdədir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.