Rusiyada koronavirusa yoluxanların sayı artıb
AzerTAg.az
Moskva, 10 sentyabr, AZƏRTAC
Rusiyada yeni növ koronavirusa yoluxanların sayı artıb.
AZƏRTAC xəbər verir ki, sentyabrın 10-da federasiya üzrə daha 5363 xəstə qeydə alınıb. Bu, avqustun 3-dən bəri qeydə alınan maksimal artımdır. Ümumilikdə, indiyədək Rusiyada 1046370 nəfər, başqa sözlə, əhalinin 0,7 faizi koronavirusa yoluxub. Onlardan 862373 nəfəri (82,7 faizi) artıq sağalıb. Hazırda 165 min 734 rusiyalı COVID-19-dan müalicə olunur.
Bu xəstəlikdən ölüm hallarının sayında da artım müşahidə olunur. Məsələn, sentyabrın ilk on günündə 1087 nəfər, avqustun son on günündə isə 987 nəfər COVID-19-un qurbanı olub.
Bütövlükdə, Rusiyada indiyədək koronavirusa yoluxanların 18263 nəfəri dünyasını dəyişib.
Paytaxt Moskvada bir gündə 695 yeni xəstə qeydə alınıb. Sankt-Peterburqda, Nijni Novqorodda, Voronej və Rostovda xəstəliyin yenidən yayıldığı bildirilir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Xəbərin mətnində orfoqrafik səhv var